Don't Smile at Me

Don't Smile at Me
Yayımlanma tarixi 11 avqust 2017
Yazılma tarixi 2015–2017
Janr
  • Elektropop
  • Bedrum pop
Müddət 24:37
Dil ingilis dili
Leybl
  • Darkroom
  • Interscope Records
Prodüser Finneas O'Konnell
Billi Ayliş albomlarının xronologiyası
"Don't Smile at Me"
(2017)
"When We All Fall Asleep, Where Do We Go?"
(2019)

Don't Smile at Me — ABŞ müğənnisi Billi Aylişin debüt mini-albomu. 11 avqust 2017-ci ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb. Mini-albomdakı treklər Ayliş və prodüserlik edən qardaşı Finneas O'Konnell tərəfindən yazılmışdır. Albom R&Bcaz elementlərini özündə birləşdirən elektropop və bedrum pop rekordudur.

Mini-albom 2016-cı ildən 2018-ci ilə qədər yeddi sinqlın buraxılması ilə tanıdılıb. "Ocean Eyes", "Idontwannabeyouanymore" və "Bellyache" albomun hit mahnıları atasında yer alır. Billi Ayliş mini-albomu üçün 2017 və 2018-ci illərdə Don't Smile at Me Tour və Where's My Mind konsert turları həyata keçirmişdir.

Mini-albom musiqi tənqidçilərinin rəğbətini qazanıb. Bir çoxu Billi Aylişin musiqisini və ifalarını bəyənidklərini bildiriblər. "Don't Smile at Me" kommersiya uğuru qazanıb, ABŞ Billboard 200-də 14-cü, Birləşmiş Krallıq Albomlar hit-paradında isə 12-ci sıraya yüksəlib. Mini-albom bir sıra ölkələrdə, o cümlədən Litvada ilk onluğa daxil olub.

Mini-albomun "Don't Smile at Me: December reissue" adlı yenidən buraxılmış versiyasına Vince Staples ilə birgə ifə olan "&Burn" treki daxil edilmişdir. Mahnı Amerika Səsyazma Sənayesi Birliyi (RIAA) tərəfindən qızıl sertifikat almışdır. Sonralar mini-albomun genişləndirilmiş versiyası olan "Don't Smile at Me: Expanded edition" işıq üzü görmüşdür. Buraya əvvəllər buraxılmış iki sinql daxildir: Xalid ilə "Lovely" və "Bitches Broken Hearts". "Lovely" treki kommersiya uğuru qazanaraq Billboard-da 64-cü yerə yüksəlib. Hot 100-də və Birləşmiş Krallıq sinqllar hit-paradında 47-ci sıraya çıxmışdır. "Bitches Broken Hearts" ABŞ və Kanadada RIAA və Music Canada (MC) tərəfindən platin sertifikatına layiq görülüb.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search